Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib
18:42 18 Avqust 2017
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 18 avqust. REPORT.AZ/ Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfldən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berde-rayonunda-7-yasli-usaq-it-dislemesi-neticesinde-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR