Türkiyədə traktor aşdı -

Türkiyənin Sakarya əyalətində ciddi insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, fəhlələrin olduğu traktorun aşması nəticəsində 7 nəfər həyatını itirib. 20-dən çox yaralı var. Onlardan bir çoxunun vəziyyəti ağır olduğundan tələfat göstəricisinin artacağı istisna edilmir. Faciəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR