Suriyada hökumət qüvvələri kimyəvi silahlarla hücuma keçdi -

Suriyanın hökumət qüvvələri Şərqi Quta bölgəsində kimyəvi silahlarla hücumlar təşkil edib.

Metbuat.az-ın məlumatına görə, belə iddiayla ABŞ Dövlət departamentinin yüksək rütbəli nümayəndəsi çıxış edib. Adını açıqlanmasını istəməyən rəsmi bildirib ki, hazırda bu məsələ araşdırılır. Qeyd edək ki, müxalif döyüşçülər də oxşar iddialar irəli sürüb.

Bildirilib ki, atəşkəsin elan olunduğu Şərqi Quta bölgəsindəki üsyançılara məxsus silah anbarlarına tərkibində kimyəvi maddələrin olduğu mərmilər atılıb. Tələfat barədə məlumat yoxdur.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR