Keçmiş televiziya sahibinin oğlu faciəvi şəkildə öldü - AZƏRBAYCANDA

Keçmiş televiziya sahibinin oğlu faciəvi şəkildə öldü - AZƏRBAYCANDA
19:19 18 Avqust 2017
243 Digər
Ölkə mətbuatı
A- A+

 
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
 
APA-nın məlumatına görə, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
 
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
 
Hazırda onun axtarışları davam etdirilir.
 
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR