AYGÜN TV-nin rəhbərinin oğlu çayda boğulub

AYGÜN TV-nin rəhbərinin oğlu çayda boğulub
19:38 18 Avqust 2017
303 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.

Publika.az bildirir ki, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib. Bu barədə APA xəbər agentliyi məlumat yayıb.

Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/210323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR