Boris Yeltsinin avtomobili satışa çıxarıldı - 300 MİN DOLLAR

Boris Yeltsinin avtomobili satışa çıxarıldı - 300 MİN DOLLAR
19:53 18 Avqust 2017
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın birinci və mərhum prezidenti Boris Yeltsinin “Mercedes-Benz S-klasse Trasco Bremen” markalı limuzini Peterburqda 19,7 milyon rubla (565 min 390 manat, yaxud 332 min 426 dollar) satışa çıxarılıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu avtomobili satışa çıxaran avtosalonun nümayəndəsi bildirib.

İnformasiyaya əsasən, o, bu maşınla rəsmi və şəxsi görüşlərə gedib.

Satış elanında bildirilib ki, avtomobildə Boris Yeltsin sürücü ilə birlikdə gəzib: “Bu maşını bizə xüsusi təyinatlı qarajdan Dövlət Dumasının deputata gətirib. Maşın saz vəziyyətdədir. Satış qiymətini uyğun hesab edir və hələlik qaldırmağı planlaşdırmırıq. Avtomobil 60 km yol qət edib. Onu xüsusi sifariş əsasında hazırlayıblar”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/210326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR