"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

Afrika qitəsinin ən varlı adamı sayılan Aliko Danqote "Arsenal” klubunu almaq istəyir.

Metbuat.az-ın məlumatına görə, bu barədə 60 yaşlı nigeriyalı biznesmen özü açıqlama verib.  

Arsenal"ın fanatı olduğunu bildirən Danqote London klubunu alacağı təqdirdə komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini deyib:

"Klubun səhimlərini aldıqdan sonra birinci işim Arsen Vengeri qovmaq olacaq. Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra "Arsenal”ın sahiblərinə təklif göndərəcəyik". 

Qeyd edək ki, “Forbes” jurnalı A. Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR