Yaponiya və Çin arasında gərginlik -

Bu gün səhər saatlarında Şərqi Çin dənizində gərginlik yaşanıb.

Metbuat.az-ın məlumatına görə, Çinin sahil mühafizə xidmətinə məxsus 4 gəmi Yaponiyanın nəzarətindəki mübahisəli ərazilərə daxil olub. Gəmilərdən birində uzunmənzilli silah qurğularının olduğu diqqət çəkib. Yaponiya qarşı tərəfə ölkə sərhədlərini pozduğuna görə xəbərdarlıq edib.

Pekinə məxsus gəmilərin bölgədə neçə saat qaldığı məlum deyil.

Qeyd edək ki, Şərqi Çin dənizindəki bəzi bölgələr mübahisəli ərazilər sayılır və onlara bütün qonşu ölkələr iddia edir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR