Portuqaliyanın bir neçə mərkəzi əyalətində meşə yanğınları tüğyan edir.
Metbuat.az-ın məlumatına görə, təbii fəlakət səbəbiylə bölgədə fövqəladə vəziyyət elan edilib. Bildirilir ki, yanğınlar daha çox Santaren əyalətinə ziyan vurub.
Minlərlə hektar meşə sahəsi külə çevrilib. Son 3 həftə rəzində 50-dən çox insan xəsarət alıb. 40 min nəfər təxliyyə olunub.
Alovun yayılmasının qarşısını almaq üçün 3 mindən çox yanğınsöndürən cəlb olunub. Bölgədə temperaturun 40 dərəcəyə çatması onların işinə əngəl törədir.
Sübhan / METBUAT.az