"Liverpul" "Barselona"nın Filipp Koutinyo üçün göndərdiyi növbəti təklifi rədd edib.
Metbuat.az-ın məlumatına görə, klub bu dəfə 114 milyon funt sterlinq (təqribən 125 milyon avro) dəyərində təklifi müsbət cavablandırmayıb.
Qeyd edək ki, "Liverpul"un 25 yaşlı hücumameyilli yarımmüdafiəçini satmağı düşünmədiyi bildirilir.// QOL.az