Salyanda qonşu qonşunu bıçaqlayıb

Salyanda qonşu qonşunu bıçaqlayıb
21:02 18 Avqust 2017
223 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 18 avqust. REPORT.AZ/ Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, rayonun "Plastik" yaşayış massivi adlı əraizisndə qeydə alınıb.
Belə ki, həmin yaşayış massivinin sakini, 31 yaşlı Elvin Cuma oğlu Ovezberdiyev qonşusu tərəfindən sol döş qəfəsi nahiyyəsindən 2 bıçaq yarası alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-qonsu-qonsunu-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR