DÇ-2018-in seçmə mərhələsində Bakıda keçiriləcək
Azərbaycan – San Marino oyununun stadionu
dəyişdirilib.
Publika.az bildirir ki, bu barədə AFFA-nın rəsmi
saytı xəbər yayıb.
Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə
tutulmuşdu. “Bakcell Arena”da UEFA Avropa Liqasının qrup
mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi
Oyunlarından sonra Bakı Olimpiya Stadionunda milli komandamızın
oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq,
AFFA Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da
təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət
müsbət cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan – San Marino oyunu sentyabrın 4-də
keçiriləcək.