Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb
22:37 18 Avqust 2017
290 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"yə yeni mövsümdə ilk xalı qazandırıb.
"Report"un məlumatına görə, 27 yaşlı hücumçu III turun "Braunşveyq"lə səfər görüşündə fərqlənib.
O, 24-cü dəqiqədə hesabı açıb. Lakin "Aue" 2 dəqiqə sonra qapısından top buraxıb. Nəticədə Nazarovun komandası 1 xalla kifayətlənməli olub.
Bununla da "Aue" 1 xalla 14-cü pilləyə yüksəlib. 5 xala malik "Braunşveyq" isə 5-ci pillədədir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-milli-komandasinin-futbolcusu-dmitri-nazarov-aue-ye-ilk-xali-qazandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR