Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb
01:22 19 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda avqustun 14-dən 18-dək keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb.
"Report"un məlumatına görə, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Tədbir çərçivsində skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və fəaliyyəti, Konstitusiyaya edilən dəyişikliklər müzakirə edilib, təşkilata yeni 9 üzvün seçilməsi mərasimi keçirilib.
Konfrans çərçivəsində keçirilmiş iclasda Dünya Skaut Komitəsinə 12 yeni üzv seçilib. Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Hərəkatı Təşkilatının rəhbər orqanına daxil olub.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, 161 ölkədən olan qonaqların iştirakı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman ölkələri arasında isə ikinci tədbirdir.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bakida-kecirilen-41-ci-dunya-skaut-konfransi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR