102 yaşlı ən qoca paraşütçü - VİDEO

102 yaşlı ən qoca paraşütçü - VİDEO
01:33 19 Avqust 2017
305 Digər
Ölkə mətbuatı
A- A+

Bəziləri üçün yüzillik ildönümü meydan oxumağa səbəbdir: illər aktiv həyat tərzi üçün maneə deyil. Bu yaxınlarda əsri dəyişən amerikalı paraşütçülük üzrə yeni rekorda imza atdı.

Publika.az ens.az-a istinadən bildirir ki, 2017-ci ilin iyun ayına qədər ən yaşlı paraşütçü britaniyalı Verdan Hays (Verdun Hayes) idi. O həmişə hər hansı ekstremal idman növü ilə məşğul olmaq istəyirdi, lakin həyat yoldaşı buna qarşı idi. Boşanandan sonra 101 yaşlı Hays fikirləşdiyini reallaşdıra bildi: 2016-cı ildə o 4500 metr hündürlükdən paraşütlə tullandı.

Paraşütü həyatında ilk dəfə geyinərək o “yaşlı tullanma” üzrə rekorda imza atdı. Daha əvvəl ilk yeri 101 yaşlı kanadalı Arman Jandro (Armand Gendreau) tuturdu, o 2013-cü ildə 3km-dən yuxarı hündürlükdən tullanmışdı.

Bütün bunlar amerikalı Kennet Meyeri (Kenneth Meyer) ilhamlandırdı. 2017-ci il 27 iyul tarixində o paraşütlə tullandı. Hündürlük 2013-cü ildə olduğu kimi 3km idi, lakin bu zaman Meyerin 102 yaşı var idi. Cənab Meyerin qohunları artıq Ginnesin Rekordlar Kitabına sorğu göndərib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/210340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR