Hər qadının ən böyük arzusu gözəl və sağlam üz dərisinə
sahib olmaqdır. Gözəlləşmək üçün sadəcə soyuducuya baxmağınız bəs
edər.
Publika.az xarici KİV-ə istinadən sizi
gözəlləşdirəcək və evdə rahat hazırlayacağınız maskalar təqdim
edir:
Yarım yumşaq avokadoya 1-2 qaşıq qatıq qatıb üzünüzə çəkin. 10
dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska sizi həm də
səpkilərdən xilas edəcək.
2 xörək qaşığı süzmə qatığa 1 xörək qaşığı zeytun yağı töküb
qarışdırın. Üzünüzə sürtüb, bir az saxladıqdan sonra yuyun. Bu
maksa dəridəki ölü hüceyrələri təmizləyəcək, üzünüzü daha d
canlandıracaq.
Kofe xıltıqlarına zeytunyağı, qatıq və limon şirəsi əlavə edib
üzünüzə çəkin. Dərinizi daha da cavanlaşdıracaq.
8-10 ədəd çiyələyi əzin. İçərisinə qatıq, limon şirəsi töküb
üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun. Dərinizə
parlaqlıq verəcək.