Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır
03:07 19 Avqust 2017
269 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Barselonanın mərkəzində baş vermiş terror aktında yaralananların 59-u hazırda xəstəxanadadır. Onlardan 15-nin vəziyyəti ağırdır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökuməti məlumat yayıb.
"Barselonada törədilmiş terror aktından 24 saat sonra xəstəxanadakı 126 yaralının 67-i müalicə müəssisəsindən buraxılıb. 59 nəfər xəsətəxanada qalmaqdadır. Onlardan 15-i kritik vəziyyətdədir, 25-nin vəziyyəti ağırdır, 7-inin vəziyyəti orta ağırdır. 12 nəfərin yarası o qədər də ağır deyil", - deyə xəbərdə bildirilir.  
Kataloniya hökumətinin açıqlamasında qeyd olunur ki, Kambrilsdə dörd nəfər xəstəxanadan evə buraxılıb, daha 4 nəfər tibb müəssisəsində müalicəsini davam etdirir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/barselonada-terror-aktinda-yaralananlarin-15-nin-veziyyeti-agirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR