Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib
04:07 19 Avqust 2017
258 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Kanadanın baş naziri Castin Tryudo Barselonanın mərkəzində törədilmiş terror aktı nəticəsində bir kanadalının öldürüldüyünü, dörd nəfərin xəsarət aldığını xəbər verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, baş verənlərə görə zərər çəkənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
"Bu, böyük dərddir. Mən bu gün Barselonada törədilmiş terror aktı zamanı bir Kanada vətəndaşının həlak olduğunu, daha dörd nəfərin xəsarət aldığını bildim. Sofi (Qrequar – Tryudonun xanımı) və mən zərərçəkənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk və xəsarət alan Kanada vətəndaşlarının tezliklə sağalacaqlarına ümid edirik", - deyə Kanadanın baş nazirinin açıqlamasında bildirilir.
Daha əvvəl Kataloniyanın Fövqəladə Hallar üzrə Xidməti Barselonada və Kambrilsdə törədilmiş terror aktları zamanı 34 ölkənin vətəndaşının həlak olduğunu və ya xəsarət aldığını xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tryudo-barselonada-kanada-sakinlerinin-oldurulduyunu-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR