Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı

Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı
06:29 19 Avqust 2017
201 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın “The Undefeated” nəşri “SurveyMonkey” analitik platforması ilə birlikdə ən böyük 50 qaradərili idmançının reytinqini açıqlayıb.

 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə,  reytinq 10000 nəfər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən tərtib olunub.

 

Siyahıda ən çox basketbolçular (11) yer alıb. Futbolçulardan isə siyahıya ancaq Pelenin adı düşüb.

 

Qaradərili böyük idmançıların reytinqinə basketbolçu Maykl Cordan başçılıq edir. Beysbolçu Ceki Robinson ikinci, boksçu Məhəmməd Əli isə üçüncü yeri tutur.

 

Atlet Useyn Bolt sıralamada 14-cü, basketbolçu Şakil O`Nil 16-cı, Pele isə 22-ci pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR