Livan ordusu müharibə ELAN ETDİ

Livan ordusu müharibə ELAN ETDİ
10:33 19 Avqust 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

Livan ordusu Suriya ilə sərhəddə İŞİD terror qruplaşmasının mövqelərinə hücumun başlandığını elan edib.

Publika.az xəbər verir ki, bu haqda təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Röyters” agentliyi bildirib.

Mənbə qeyd edib ki, terror qruplaşmasına qarşı raketlər, artilleriya və vertolyotlardan istifadə olunacaq.

Son iki həftə ərzində Livan ordusu terrorçuların mövqelərinə intensiv şəkildə atəş açmağa başlayb.

Hərbi ekspertlərin fikrincə, belə hərəkətlər Livan ərazilərinin İŞİD-dən azad edilməsi üzrə quru əməliyyatlarına hazırlığın bir hissəsidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR