Azərbaycan meyvə-tərəvəz ixracını 62% artırıb, idxalını isə 10% azaldıb

Azərbaycan meyvə-tərəvəz ixracını 62% artırıb, idxalını isə 10% azaldıb
11:02 19 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan 287 843 ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,4% çoxdur.
Hesabat dövründə Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri isə 42,4% artaraq 253,66 mln. ABŞ dollarına çatıb. Qeyd edək ki, bu məhsullar ümumi ixracda 4,1% paya malik olub.
Azərbaycana meyvə-tərəvəz idxalı isə azalıb. Belə ki, 7 ay ərzində ölkəyə 180 013 ton meyvə-tərəvəz gətirilib ki, bu da 1 il əvvələ nisbətən 10% azdır. Bu məhsulların idxalına çəkilən xərclər isə cəmi 0,1% azalaraq 81,204 mln. dollar təşkil edib. Qeyd edək ki, meyvə-tərəvəz ümumi idxalda 1,9% paya malik olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-meyve-terevez-ixracini-62-artirib-idxalini-10-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR