Toyuğu bişirməzdən əvvəl bunlara DİQQƏT edin!

Toyuq əti tərkibində “salmonella” bakteriyası olan və tez xarab olan ət növüdür. 

 Metbuat.az xəbər verir ki, bu bakteriya bədənə keçdikdən sonra ishala, qusmaya, qida zəhərlənməsi kimi bir çox problemə səbəb olur. Bu səbəblə, toyuğu sağlam bir halda yemək istəyirsinizsə, bişirməzdən əvvəl bəzi məqamlara diqqət etməlisiniz.

Öncə, toyuğu doğradığınız yerə diqqət edin. Belə ki, istifadə etdiyiniz kəsmə taxtası ağac yaxud plastikdirsə, bu vəziyyət bakteriyaların çoxalmasına səbəb olur. Plastik və ağacdan hazırlanmış kəsmə taxtalarından mümkün qədər uzaq durun. Digər qidaları kəsmək üçün istifadə etdiyiniz halda mütləq yaxşıca yumalısınız.

Toyuğu kəsdiyiniz bıçaqlar nə qədər metal olsa da, diqqət etməyinizdə fayda var. Çünki bıçağın üstündə qalan bakteriyalar başqa qidanı kəsdiyinizdə bulaşa bilər. Bu vəziyyət ciddi xəstəliklərə səbəb olur.

Toyuğun çiy qalmamasına diqqət edin.

Toyuq tez xarab olan bir məhsul olduğu üçün mütləq soyuducuda saxlanmalıdır. Ancaq toyuğu açıq şəkildə yox, üstünü streçlə bağlayıb soyuducuya qoymaq lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

Doğuşdan sonra ölən anaların sayı niyə artır? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR