Tramp baş strateqi qovdu

ABŞ prezidenti Donald Tramp baş strateq Stiv Bannonu vəzifəsindən azad edib.

Metbuat.az xəbər verir ki, Bannonun vəzifədən uzaqlaşdırılma prosesi artıq iki həftəyə yaxındır ki, davam edirmiş.

"Ağ Ev"in mətbuat katibi Sarah Huckabee Sanders Bannonun vəzifəsindən azad olunmasını qarşılıqlı anlaşma əsasında baş verdiyini bildirib:

“Ağ Ev adminstrasiyasının rəhbəri John Kelly və Steve Bannon bu gün Stivin sonuncu iş günü olacağı haqda qarşlıqlı razılığa gəlib” – deyə mətbuat katibi bildirib.

Trampın son vaxtlarda Bannonla bağlı əsəbilik keçirdiyi, hətta bunu istirahət etdiyi Nyu Cersidən də büruzə verdiyi deyilir. Trampı Bannonun “American Prospect” jurnalına verdiyi müsahibə də əsəbiləşdirmişdi. Həmin müsahibədə baş strateq Şimali Koreya ilə bağlı prezidentdən fərqli fikir ifadə etmişdi. O habelə bildirmişdi ki, Dövlət Departamentində bir sıra dəyişikliklərə nail olub.

Faytonçu Nazimin yaxın dostu Metbuat.az-a danışdı - Əlaqə saxlamışam...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR