Daha bir dünya ulduzu Türkiyə yolunda

Daha bir dünya ulduzu Türkiyə yolunda
12:37 19 Avqust 2017
183 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir dünya ulduzu Türkiyədə çıxış edə bilər. Fanat.Az xəbər verir ki, "Antalyaspor" Samir Nasrini heyətinə qatmağa çalışır.


"10 nömrə" axtarışında olan Super Liqa klubu Pep Qvardiolanın "Mançester Siti"də qalmasını istəmədiyi fransalı futbolçunu transfer siyasının ilk sırasına yazıb. İddialara görə, "Antalyaspor" Samir Nasriyə 2 illik müqavilə və illik 3,5 milyon avro maaş təklif edib. 30 yaşlı futbolçunun gələn təklifə cavab verəcəyi deyilir.


Qeyd edək ki, Samir Nasri 2008-ci ildə "Marsel"dən "Arsenal"a 16 milyon avroya, 2011-ci ildə isə London klubundan "Mançester Siti"yə 27,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 16 milyon avro qiymət qoyub. Futbolçu ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daha-bir-dunya-ulduzu-turkiy-yolunda-t60011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR