Tovuzda FACİƏ: kəl bir qadını öldürdü, digərini yaraladı

Tovuzda FACİƏ: kəl bir qadını öldürdü, digərini yaraladı
13:04 19 Avqust 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Tovuz rayonunun Sarıtala kəndində bədbəxt hadisə baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, kənddə camış fermasında çalışan 1968-ci il təvəllüdlü Məryəm Paşayevaya kəl (erkək camış) hücum edib. Bu zaman M. Paşayevanın qohumu olan 1957-ci təvəllüdlü Gədəbəy sakini Quliyevə Maniə Saat qızı kəli ayırmaq istəyib. Ancaq kəl buynuzu ilə M. Quliyevanın boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

 

Xəsarət alan M. Paşayeva isə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR