“BakuBus” təkər almaq istəyir

“BakuBus” təkər almaq istəyir
13:27 19 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ “BakuBus” MMC 302 ədəd “Iveco” markalı avtobusa (151 ədəd “Iveco Crealis” və 151 ədəd “Iveco Urbanay”) tələb olunan 275/70Р22,5 ölçülü təkərlərin satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 2 min manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 14-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 21-nə qədər “BakuBus”ın Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunun 1-ci km-liyində yerləşən ofisinə təqdim etməlidirlər.
Təkliflərə sentyabrın 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baku-bus-teker-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR