ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb
13:42 19 Avqust 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Kissimmi şəhərində atışma nəticəsində bir polis zabiti ölüb, biri yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
“Zabit Mettyu Bakster aldığı güllə yarasından ölüb, zabit Sem Horvard isə ağır yaralı vəziyyətdədir”, - Kisssimmi polis idarəsi “Twitter” səhifəsində yazıb.
Hadisə gecə saatlarında baş verib. Polis narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olan ərazidə yoxlama keçirərkən atışma olub. 
Məlumata görə, 3 şübhəli tutulub, birinin isə axtarışı davam edir.
ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı başsağlığı verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-atisma-olub-bir-polis-zabiti-olub-biri-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR