Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO

Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO
13:48 19 Avqust 2017
459 Şou
Ölkə mətbuatı
A- A+

Kənan İmirzaloğlunun həyat yoldaşı Sinem Kobala qarşı etdiyi hərəkəti paparatsilər dərhal kameralara çəkib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir "Hiyləgər Recai” filminin çəkilişləri üçün Sankt-Peterburqda olan Kənan İmirzalıoğlu İstanbula qayıdıb. Məşhur aktyor qayıdan kimi xanımı Sinem Koballa Bodruma gedib.

Cütlük dünən çimərlikdə günəş vannası qəbul edərkən görüntülənib. Məktəbli sevgililər kimi bir-birinə sataşan cütlüyün rəftarı diqqət çəkib. Hətta Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına şapalaq vurub. Sinəm Kobal isə buna qəhqəhəsi ilə reaksiya verib.

Ard-arda bir neçə siqaret çəkən Sinem Kobal paparatsilər tərəfindən görüntülənib.

Məlumat üçün bildirək ki, 43 yaşlı Kənan İmirzalıoğlu ilə 30 yaşlı Sinəm Kobal 2014-cü ildə Bərgüzar Korel-Halit Ergenç cütlüyünün evində verdiyi dəvətdə tanış olub. Onlar 2016-cı ildə ailə qurub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/210385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR