Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO

Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO
14:38 19 Avqust 2017
152 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Surqut şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Xantı-Mansiysk muxtar dairəsi üzrə idarəsinin saytında bildirilir.

Hücum nəticəsində 8 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

İdarədən bildirilir ki, silahlı şəxs hadisə yerinə gələn polislərə müqavimət göstərib. Təslim olmayan silahlı polis tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, maskalı olan şəxsin psixiki pozğunluğunun olduğu ehtimal edilir.

Digər bir informasiyaya görə, hücum edənlər 2 nəfər olub. Onlardan birinin hələ azadlıqda olduğu bildirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR