Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib
14:47 19 Avqust 2017
162 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Müstəntiqlər Rusiyanın Surqut şəhərində əhaliyə bıçaqla hücum edənin şəxsiyyətini müəyyənləşdiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
“Müstənqilər tərəfindən hücum edənin kimliyi müəyyənləşib. İlkin məlumata görə, bu, 1994-cü ildə doğulan yerli kişi sakindir”, - o vurğulayıb.
S.Petrenkonun sözlərinə görə, həmin gənci xarakterizə edən materiallar araşdırılır, onun psixi cəhətdən çatışmazlığı haqqında da informasiya yoxlanılacaq.
Qeyd edək ki, avqustun 19-da Rusiyanın Surqut şəhərində naməlum şəxsun insanlara bıçaqla hücum etməsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/surqutda-bicaqla-ehaliye-hucum-edenin-kimliyi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR