"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı -   YENİLƏNİR
14:57 19 Avqust 2017
167 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında II tura start veriləcək. Fanat.Az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma keçiriləcək.

 

Turun açılış matçı “Dalğa Arena”da təşkil olunacaq. İlk turun uğursuzları Bakı derbisində qarşılaşacaq.

 

Premyer Liqanın debütantı “Səbail” ölkənin ən titullu klubu “Neftçi”ni qəbul edəcək. Hər iki komanda mövsümdə ilk xalını qazanmaq üçün mübarizə aparacaq.

 

Günün son matçı Suraxanıda baş tutacaq. Ötən mövsümün mükafatçıları “Qarabağ” və “İnter” münasibətlərini aydınlaşdıracaq.

 

Çempionlar Liqasında da uğurlu çıxışı ilə diqqət çəkən Ağdam təmsilçisi ardıcıl 2-ci qələbəsini qazanmaq, bununla da liderliyi qorumaq əzmindədi. Bakılılar isə xal hesabını açmaq üçün meydana çıxacaq.

 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

 

Premyer Liqa

2017/18 mövsümü

I dövrə, II tur 


19 avqust

18.00 Səbail - Neftçi

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Füzuli Nəcəfov.

“Dalğa Arena”.

 

20.00 Qarabağ - İnter

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Murad Məmmədov.

“Azərsun Arena”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-nter-neftci-debutanta-qar-t60014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR