Tbilisi "Dinamo"su Qəbələyə gəlib

Tbilisi "Dinamo"su Qəbələyə gəlib
15:37 19 Avqust 2017
160 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ “Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək. 
"Report"un məlumatına görə, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. 
Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də U-13, avqustun 23-də isə U-15 komandaları qarşılaşacaq. Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. 
Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/tbilisi-dinamo-su-qebeleye-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR