DSMF dəftərxana ləvazimatları və təsərrüfat malları almaq istəyir

DSMF dəftərxana ləvazimatları və təsərrüfat malları almaq istəyir
16:17 19 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması ilə əlaqədar açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 19-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 25-nə qədər DSMF-nin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 80 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.
Təkliflərə oktyabrın 2-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dsmf-defterxana-levazimatlari-ve-teserrufat-mallari-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR