40 milyonluq futbolçunun cəmi 1 forması satıldı - "Barselona" şokda

40 milyonluq futbolçunun cəmi 1 forması satıldı -   "Barselona" şokda
16:47 19 Avqust 2017
215 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın Paulinyo transferi xəyal qırıqlığına səbəb olub. Fanat.Az xəbər verir ki, Çinin "Quanqzu Everqrande" klubundan 40 milyon avroya alınan braziliyalı futbolçunun formalarına azarkeşlər maraq göstərməyib.


Belə ki, formaların satışa çıxarıldığı ilk gündə cəmi 1 forma satılıb. Bu "Barselona" tarixinin forma satışı sahəsində ən pis nəticəsi kimi tarixzə düşüb.


Qeyd edək ki, "Barselona" azarkeşləri ilk gündən Paulinyonun transferinə qarşı olub. Hətta onun "Nou Kamp"dakı təqdimat mərasiminə cəmi 2 min nəfər qatılmışdı.


Braziliyalı futbolçu özü isə transferindən sonra "Barselona"nın məni niyə aldığını bilmirəm" deməklə gündəmə gəlmişdi. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-40-milyonluq-futbolcunun-cmi-1-formas-satld-t60018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR