Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"
17:57 19 Avqust 2017
193 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ "Üçüncü oyunumuzu keçirdik. Bəzi oyunçularımızın əhval-ruhiyyəsi aşağı idi. Bilmirəm, nəyə görə özünəinam hissini itirməliyik?"
"Report"un məlumatına görə, bunu Almaniyanın "Aue" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Braunşveyq"lə 1:1 hesablı heç-heçə etdikləri II Bundesliqanın III tur matçından sonra deyib. Vurduğu qolla komandasına ilk xalı qazandıran 27 yaşlı hücumçu əvvəlki qarşılaşmalarda da belə şanslarının olduğunu bildirib. O, ilk 2 turda xalsız qalmalarının səbəbini belə izah edib: "Bilirdik ki, yerlə uzun ötürmələrlə oynasaq, problemlərimiz arxada qalacaq. Amma iki fut hündürlükdən gələn ötürmələr zamanı havada heç nə udmaq olmaz. Biz də bunu nəzərə alaraq, çıxış etdik və şansımızdan yararlandıq. Qarşıda hələ bütöv mövsüm var. Daha yaxşı nəticələrimiz irəlidədir. Növbəti turda "Nürnberq"lə görüşdə 3 xal qazanacağıma ümidvaram".
24-cü dəqiqəsində künc zərbəsindən ötürülən topdan sonra nəzarətsiz qalan Nazarov birbaşa tora göndərib. Təcrübəli futbolçu məhz belə zərbələri sevdiyini vurğulayıb: "Məni tanıyan hər kəs bilir ki, geniş məkanda topla oynamağı sevirəm. Yüksəklikdə və ya arxası rəqibə tərəf oynamağı bacarmıram. Uşaqlar möhtəşəm iş gördülər".  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dmitri-nazarov-daha-yaxsi-neticelerimiz-irelidedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR