2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq
18:13 19 Avqust 2017
216 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”.

Publika.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq: “Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/210410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR