İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”

İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”
19:22 19 Avqust 2017
198 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ İspaniyada iki terror aktı törədən dəstə zərərsizləşdirilib.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniyanın daxili işlər naziri Xuan İqnasio Soido güc strukturların rəhbərlərinin terror təhlükəsi səviyyəsinin dəyərləndirilməsi üzrə müşavirəsinin yekununda bildirib.
“Toplantının yekunlarına əsasən deyə bilərik ki, terror dəstəsi tamamilə zərərsizləşdirilib”, - nazir vurğulayıb.
DİN başçısının sədrliyi altında keçirilən toplantıda Mülki Qvardiya, Milli Kəşfiyyat Mərkəzi, Kataloniya və Basklar ölkəsi əyalətlərinin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, avqustun 17-də İspaniyanın Barselona şəhərində törədilən iki terror aktı nəticəsində 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyanin-daxili-isler-naziri-i-ki-terror-akti-toreden-deste-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR