Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib
20:17 19 Avqust 2017
193 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Bu ilin sentyabrında “Aziat-2017” oyunularının keçirilməsi zamanı ictimai asayişi təmin etmək üçün Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib.
“Report” “CA-NEWS”-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Ticarət Nazirliyinin əməkdaşı bildirib.
“Qadağanın tətbiqində əsas məqsəd avqustun 17-dən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimai asayişi və əmin-amanlığı təmin etməkdir”, - adının çəkilməsini istəməyn nazirlik əməkdaşı vurğulayıb.
Qeyd edək ki, cari il sentyarbın 17-də ölkə paytaxtı Aşqabadda 5-ci “Aziat-2017” oyunlarının təntənəli açılışı olacaq. Oyunlar sentyabrın 27-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkmenistanda-oktyabradek-spirtli-ickilerin-satisi-qadagan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR