"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik" - Samir Əliyev

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik"  - Samir Əliyev
21:07 19 Avqust 2017
238 İdman
Ölkə mətbuatı
A- A+

"Qol buraxmamaq, heç-heçə etmək, bir xal qazanmaq istəyirdik. Sonda qələbə qazanmaq daha xoş oldu". Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.


 

Topaz Premyer Liqasının 2-ci turunda "Neftçi"ni qəbul edən “Səbail” elita səhnəsində ilk zəfərinə sevinib. Əliyev oyundan sonra düzənlənən mətbuat konfransında jurnalistlər önünə çıxıb:



 "Zirə”yə qarşı oynadığımızdan daha yaxşı göründük. Vurduğumuz qola qədər də müəyyən imkanlarımız olmuşdu. Təcrübəsizlik üzündən dəyərləndirə bilmədik. Komandam fiziki cəhətdən hələ arzulanan səviyyədə deyil. Ona görə də 60-cı dəqiqədən sonra dayandıq. Əvvəlki oyundakından daha az səhv etməyimiz müsbət məqam sayıla bilər".

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqol-buraxmamaq-hec-hec-etmk-istyirdikquot-t60023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR