Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub
22:22 19 Avqust 2017
326 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Rusiyanın Demoqrafiya, miqrasiya və regional inkişaf İnstitutunun müşahidə şürasıbıb rəhbəri Yuriy Krupnov ölkə başçısına paytaxtı Urala dəyişməyi təklif edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Krupnov bununla bağlı yeni layihə hazırlayıb. Onun sözlərinə görə, Rusiya “hipermərkəzləşib”, Moskva regionu ölkə əhalisinin 5/1 hissəsini özünə cəmləşdirib.
Demoqraf hesab edir ki, sürətlə davam edən daxili miqrasiya məsələlərinə görə ölkəsi öz geosiyasi üstünlüklərini itirə bilər. Bu səbəbdən Sibir və ölkənin uzaq şərqinin inkişafı prioritet olmalıdır.
Artıq Krupnovun bu təklifinə Rusiyanın bir sıra ekspertləri neqativ rəy bildiriblər. Moskva meri Sergey Sobyanin isə məsələyə sarkazmla yanaşaraq bu işə bir neçə trillion vəsait lazım olacağını xatırladıb. “Əvvəllərdə məmurları Sibirə sürgün edirdilər, lakin daha az xərclə”, - Sobyanin deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidentine-paytaxti-deyismek-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR