Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO
22:23 19 Avqust 2017
311 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə və ətraf rayonlarda soğan xeyli ucuzlaşıb. İndi soğanın kilosunu 2 dəfə aşağı qiymətə almaq olur. Soğanın belə ki, bir müddət əvvəl 35 kiloqramlıq kisəsi 5-12 manat arasında satılan soğan indi 3-6 manata alıcılara təqdim olunur. Ucuzlaşmanın səbəbi məhsulun bol olmasıdır.

Publika.az Xəzər TV-yə istinadən bildirir ki, soğanın qiyməti xeyli enib. Bərdə və ətraf rayonlarda soğan 50 faizə qədər ucuzlaşıb. Bir müddət əvvəl 35 kiloqramlıq kisəsi 5-12 manat arasında satılan soğan indi 3-6 manata alıcılara təqdim olunur. Xırda soğanın qiyməti ucuz olduğundan alıcısı daha çoxdur. Ağdamdan gətirilən bu soğanlar qışa qalmır.

Nisbətən iri soğanın qiyməti isə fərqlidir. Satıcıların sözlərinə görə, soğanın ucuzşalmasına səbəb məhsulun bol olmasıdır. Qışlıq soğan isə sentyabr-oktyabr aylarında sahədən yığılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/210428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR