"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik"  - Zaur Svanadze
22:57 19 Avqust 2017
343 İdman
Ölkə mətbuatı
A- A+

"İlk yarıda yaxşı oynaya bilmədik. Təşəbbüsü rəqibə verdik.". Fanat.Az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının II turunda “Qarabağ”ın qonağı olan "ağ-göylər" 0:1 hesablı yenilgiyə üzülüb. Oyunsonrası mətbuat konfransına qatılan gürcü çalışdırıcı 

 

 "İkinci hissədə oyunumuzu düzəltdik. Ancaq rəqibin heyətində Miçel, Almeyda və Mahir Mədətovun oyuna qoşulması vəziyyəti dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Uşaqlar var qüvvələri ilə müsbət nəticə üçün çalışdılar. Təəssüf ki, keçirdiyimiz ikinci oyunda da uduzduq. İlk iki turda “Qarabağ” və “Qəbələ”yə qarşı oynamışıq. Çempionatın başlanğıcında başqa komadalarla oynamaq istəyərdik. Qarşıdakı matçlarda xal qazanmaq şansımız var. Qışa qədər çətinliklərimiz olacaq. Transfer edə bilənədək hazırkı heyətlə kifayətlənmək məcburiyyətindəyik".

 


  

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbalancda-baqa-komandalarla-oynamaq-istrdikquot-t60025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR