Ağdaşda 6 otaqlı ev yanıb

Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Ağdaş rayonu, Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. 

Evə talvar və tövlə yanğından mühafizə olunub. 

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR