SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər
06:03 20 Avqust 2017
274 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR-ın Gürcüstandakı aktivi olan “Kulevi” neft terminalı tərəfindən Borjomi Milli Parkında müxtəlif növ ağac əkilib.

Publika.az terminalın saytına istinadla xəbər verir ki, Kulevi Gürcüstanda Biznes İnformasiya Agentliyi (BIA) və “Treepex” startapı tərəfindən keçirilən yeni bir kampaniyaya qoşulub. Kampaniyanın məqsədi Borjomi Milli Parkını tamamilə bərpa etməkdir. Ötən dövrdə parkda 950 hektar sahə zədələnib, 250 hektar isə tamamilə məhv olub. Növbəti 5 ildə burada 750 min ağaca müxtəlif arqotexniki xidmətlərin göstərilməsi planlaşdırılır.

Hazırda Kulevi neft terminalı və SOCAR-ın Gürcüstandakı digər şirkətləri bu yaşıllaşdırma layihəsi çərçivəsində 1000 ağac əkiblər. Yaxın gələcəkdə daha çox şirkət bu təşəbbüsə qoşulacaq.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/210443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR