Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki,
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində,
İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun
Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli,
Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu
Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy,
Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.