Azərbaycan Prezidenti Gədəbəyə səfərə gəlib

Azərbaycan Prezidenti Gədəbəyə səfərə gəlib
10:17 20 Avqust 2017
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib.
"Report" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-i-lham-eliyev-gedebey-rayonuna-sefere-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR