Prezident İlham Əliyev Gədəbəyə gedib

Prezident İlham Əliyev Gədəbəyə gedib
10:19 20 Avqust 2017
225 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib. Lent.az AzərTAc-a itinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.  

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR