Şahdağ Millli Parkında yanğın olub

Şahdağ Millli Parkında yanğın olub
10:22 20 Avqust 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 avqust. REPORT.AZ/ Şahdağ Millli Parkında yanğın hadisəsi olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.
Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.
Hazırda yanğın lokallaşdırılmaq üzrədir.  

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/sahdag-millli-parkinda-yangin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR