“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen

“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen
13:59 20 Avqust 2017
204 Digər
Ölkə mətbuatı
A- A+

“Kopenhagen”in müdafiəçisi Nikolay Boylesen “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyunu barədə fikirlərini açıqlayıb. Lent.az qol.az-a istinadən xəbər verir ki, dünən Danimarka superliqasında “Senderyuske” ilə matçdan sonra (3:2) o bildirib ki, əgər bu görüşün birinci hissəsindəki oyunlarını “Qarabağ”la qarşılaşmada da sərgiləsələr, mərhələ adlayacaqlar: “Amma yaxşı olardı ki, qarşıdakı oyunda tribunada bizi dəstəkləyən azarkeşlərimizin sayı çox olsun (“Senderyuske” ilə matçı stadiondan 8 min azarkeş izləyib – red.)”.  

 

Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR