Cüdoçumuz Azərbaycana ilk qızıl medalı qazandırdı

Cüdoçumuz Azərbaycana ilk qızıl medalı qazandırdı
17:28 20 Avqust 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb.

Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR